Türkiyə Müdafiə Sənayesi Komitəsi və Milli Müdafiə Nazirliyinin dəstəyi, Ankara Sənaye Palatasının təşkilatçılığı ilə keçirilən 3-cü Hərbi Logistika və Dəstək Zirvəsi dekabrın 12-də başlayıb. “Hilton Garden Inn Ankara Gimat Otel”də keçirilən zirvə çərçivəsində müxtəlif şirkətlər inkişaf etdirdikləri məhsulları tanıtmaq imkanı əldə ediblər. Bunlardan biri “Lapis Havacılık” tərəfindən hazırlanan pilotsuz helikopter sistemi olan HELİ olub.
Zirvə çərçivəsində şirkət hazırladığı avtonom sistemlərin maketlərini sərgiləyib. Bunlara LAP60 dron sistemi, HELİ pilotsuz helikopter sistemi və ULAK VTOL sistemi kimi aviasiya sistemləri daxildir. Şirkətin stendi sərgi zamanı ən çox ziyarət edilən stendlərdən biri olub.
HELİ pilotsuz helikopter sistemi
“Lapis Havacılık” tərəfindən hazırlanan sistem Türkiyədə öz sahəsində bir neçə sistemdən biridir. Məlumata görə, bütün hissələr, proqram təminatı və sistemlər şirkət tərəfindən hazırlanıb. Sistemin ilk prototipi 25-28 iyul 2023-cü il tarixlərində İstanbulda keçirilən IDEF 2023 müdafiə sənayesi sərgisindən əvvəl mətbuata təqdim edilib. Bu çərçivədə 2024-cü ilin ortalarında pilotsuz helikopterin səmaya çıxarılması hədəflənir.

Sistem üçün hansı sursatdan istifadə ediləcəyi hələlik bəlli deyil. Məlumata görə, HELİ ilə istifadə edilməsi planlaşdırılan sursat 2024-cü ildə müəyyən ediləcək.
Texniki Xüsusiyyətlər:
Uzunluq: 2500 mm
Hündürlük: 400 mm
Rotorun Çapı: 2200 mm
Çəki: 20 kq
Uçuş Müddəti: Yükdən asılı olaraq 60-75 dəqiqə
Uçuş Məsafəsi: 15 km
Maksimum Yük Çəkisi: 3 kq
Səyahət Sürəti: 27 m/san
FY-09-IR-LRF
Bu elektro-optik kamera yerli və milli imkanlarla “Lapis Havacılık” tərəfindən hazırlanıb. Yüksək dəqiqlikli mühərriklərin köməyi ilə kamera seçilmiş hədəfin davranışından asılı olaraq optimal şəkildə yaxınlaşa və hədəfi itirməmək üçün avtomatik olaraq uzaqlaşa bilir. O, həmçinin uzun müddət hərəkət edən və ya sabit hədəfləri izləyə bilir. Bundan əlavə, xəritədə və ya təsvirdə seçilmiş koordinatın yerləşdiyi ərazinin fasiləsiz izlənilməsi də bu kamera ilə həyata keçirilə bilər.
Görüntünün ötürülməsi RF Data bağlantısı vasitəsilə həyata keçirilir. Bundan əlavə, GSM modulundan istifadə edərək, LTE inteqrasiyası ilə məsafədən asılı olmayaraq görüntü ötürə bilir.
Texniki Xüsusiyyətlər:
Çəki: < 1400 qr (seçimlər istisna olmaqla)
Stabilizasiya: 2 Ox Giroskopik Stabilizasiya < 10 mrad / < 2 mrad
Üfüqi Hərəkət: 360 dərəcə Limitsiz Davamlı
Şaquli Hərəkət: -120 dərəcə/+50 dərəcə
Maksimum Mənzil: 5000 m
Dəyanət Ağalarlı
Ordu.az